Dünyada iki həftədir koronavirusa yoluxma azalır
Sağlamlıq
- 17 may, 2021
- 15:23
Dünyada son iki həftə ərzində COVID-19 virusuna yoluxmalarda və ölüm sayında azalma qeydə alınır.
“Report” xəbər verir ki, bu barədə brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
Bununla belə, təşkilat rəhbəri bir sıra ölkələrdəki vəziyyətin hələ də narahatlıq doğurduğunu, pandemiyanın başa çatmasından söhbət getmədiyini dilə gətirib.
ÜST rəhbəri həmçinin, dərman istehsalçısı olan şirkətləri Hindistanın ixracı dayandırması səbəbindən yaranan boşluğu doldurmaq üçün əvvəllər nəzərdə tutulandan daha çox vaksin istehsal edib bazara çıxarmağa çağırıb. O, G7 ölkələrini də may ayının sonunadək 140 milyon doza vaksin tədarükünü təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.
Son xəbərlər
14:57
Foto
Cənub bölgələrində də şəhidlərin xatirələri yad olunub
Daxili siyasət14:48
Foto
Xaçmaz rayonunda Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
Daxili siyasət14:46
Foto
Anım Günü ilə bağlı 80 vətəndaşa pulsuz hüquqi yardım göstərilib
Daxili siyasət14:41
SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib
Region14:38
Foto
Energetika Nazirliyi və tabeli qurumların kollektivi Zəfər abidəsini ziyarət edib
Daxili siyasət14:31
Foto
Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib
Daxili siyasət14:26
Foto
Video
DSX-də Anım Günü ilə bağlı tədbirlər keçirilib
Daxili siyasət14:22
Foto
Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Daxili siyasət14:19