Daha bir sahibkarlıq subyekti qeydiyyata alınmadı
- 01 fevral, 2021
- 14:29
 
                            
                            
                        “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, yanvarın 29-da qida məhsulları sahəsində fəaliyyət göstərən 46 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, həmin tarixdə 1 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi | 
| 1 | “BAKSU” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏT | İstehsal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. | 
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
