Daha 4 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmadı
- 15 mart, 2021
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
“Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən qida məhsulları sahəsində fəaliyyət göstərən 29 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
"Report" xəbər verir ki, 4 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | "EMİL-2011" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ | İstehsal | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
| 2 | TAHİR AĞAYEV XALİD OĞLU | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil |
| 3 | MƏTLƏB ZEYNALOV HÜSEYNQULU OĞLU | İctimai iaşə | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
| 4 | ELXAN XƏLƏFOV ELDAR OĞLU | İctimai iaşə | Sahibkar hal-hazırda fəaliyyət göstərmir |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.