Bu il bitki və bitkiçilik məhsulları ilə bağlı ixracatçı ölkələrə 320 notifikasiya göndərilib
- 11 may, 2023
- 07:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə idxal olunan bitki və bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı ixracatçı ölkələrə ümumilikdə 320 bildiriş göndərib.
Bu barədə "Report"a AQTA-dan məlumat verilib.
Bunlardan İrana 165, Belarusa 76, Rusiyaya 33, Türkiyəyə 30, Ukraynaya 6, Pakistana 5, Gürcüstana 2, Niderlanda 1, Xorvatiyaya 1, İspaniyaya 1 bildiriş göndərilib. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi məhsul partiyaları məhv edilib və geri qaytarılması təmin olunub.
AQTA bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.
Uyğunsuzluqlarla bağlı məlumat aşağıdakı kimidir:
2023-cü il ərzində göndərilən notifikasiyalar barədə məlumat
| Ölkə üzrə | Məhsul | Say | Aşkarlanan uyğunsuzluq | Say |
| İran İ.R | Portağal | 74 | Sitrus tristeza virusu | 74 |
| Kivi | 34 | Tut qalxanlı yastıcası | 33 | |
| Tut qalxanlı yastıcası/Yaponiya yalançı çanaqlı yastıcası | 1 | |||
| Ərzaqlıq kartof | 33 | Kartofun qonur çürüməsi | 25 | |
| Kartofun halqavari çürüməsi | 6 | |||
| Kartof gövdə nematodu | 2 | |||
| Bibər | 19 | Pomidor meyvələrinin qonur qırışıqlıq virusu | 19 | |
| Narıngi | 2 | Sitrus tristeza virusu | 2 | |
| Kivi/Portağal | 2 | Sitrus tristeza virusu/Tut qalxanlı yastıcası | 2 | |
| Sarımsaq | 1 | Gövdə nematodu | 1 | |
| Cəmi | 165 | 165 | ||
| Belarus | Ərzaqlıq kartof | 76 | Kartofun halqavari çürüməsi | 75 |
| Kartofun qonur çürüməsi | 1 | |||
| Cəmi | 76 | 76 | ||
| Rusiya | Ərzaqlıq kartof | 16 | Kartofun halqavari çürüməsi | 15 |
| Kartofun qonur çürüməsi | 1 | |||
| Toxumluq kartof | 16 | Kartofun halqavari çürüməsi | 15 | |
| Gövdə nematodu | 1 | |||
| Buğda | 1 | Qəhvəyi mərmər bağacığı | 1 | |
| Cəmi | 33 | 33 | ||
| Türkiyə | Narıngi | 18 | Sitrus tristeza virusu | 18 |
| Portağal | 6 | Sitrus tristeza virusu | 6 | |
| Dekorativ bitki | 2 | Tut qalxanlı yastıcası | 2 | |
| Pomidor toxumu | 2 | Pomidor meyvələrinin qonur qırışıqlıq virusu | 2 | |
| Ərzaqlıq kartof | 1 | Kartofun halqavari çürüməsi | 1 | |
| Toxumluq kartof | 1 | Kartofun halqavari çürüməsi | 1 | |
| Cəmi | 30 |
| 30 | |
| Ukrayna | Toxumluq kartof | 6 | Kartofun halqavari çürüməsi | 3 |
| Kartof gövdə nematodu | 3 | |||
| Cəmi | 6 |
| 6 | |
| Pakistan | Ərzaqlıq kartof | 5 | Kartofun halqavari çürüməsi | 5 |
| Cəmi | 5 |
| 5 | |
| Gürcüstan | Bibər | 1 | Pomidor meyvələrinin qonur qırışıqlıq virusu | 1 |
| Ərzaqlıq kartof | 1 | Kartofun halqavari çürüməsi | 1 | |
| Cəmi | 2 |
| 2 | |
| Niderland | Bibər toxumu | 1 | Pomidor meyvələrinin qonur qırışıqlıq virusu | 1 |
| Cəm | 1 |
| 1 | |
| Xorvatiya | Fındıq tingi | 1 | Fındıqda bakterioz | 1 |
| Cəmi | 1 |
| 1 | |
| İspaniya | Bibər toxumu | 1 | Pomidor meyvələrinin qonur qırışıqlıq virusu | 1 |
| Cəmi | 1 |
| 1 | |
|
| Yekun | 320 |
| 320 |