Bu il Azərbaycanda 30 mindən çox şəxs İİV müayinəsindən keçirilib

Sağlamlıq
  • 19 may, 2017
  • 07:41
Bu il Azərbaycanda 30 mindən çox şəxs İİV müayinəsindən keçirilib

Bakı. 19 may. REPORT.AZ/ “Bu ilin ilk üç ayında nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi nəticəsində 11 nəfərdə İİV-ə yoluxma halı aşkarlanıb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

O bildirib ki, bu dövr ərzində 30 464 nəfər müayinəyə cəlb olunub.

E.Alməmmədova qeyd edib ki, ümumiyyətlə Azərbaycanda İİV-ə yoluxanların yaş qrupları üzrə bölgüsünə görə onların əksəriyyəti 25-49 yaş arasındadır: “Gənclər arasında yoluxma halları azdır. Yeniyetmələr arasında da yoluxma halları demək olar ki, yoxdur”.