Braziliyada on minlərlə insanda koronavirus aşkarlandı
Sağlamlıq
- 05 sentyabr, 2020
- 23:59
Braziliyada son sutkada koronavirusa 30 168 yeni yoluxma aşkarlanıb.
“Report” xəbər verir ki, bu barədə TASS ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 4 123 000-ə çatıb.
Son 24 saat ərzində COVID-19-dan 682 pasiyent vəfat edib. Beləliklə, Cənubi Amerikanın bu ölkəsində koronavirusdan ölənlərin ümumi sayı 126 203 nəfərə yüksəlib.
Eyni zamanda təhlükəli infeksiyaya yoluxmuş 3 296 702 pasiyent sağalıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Hazırda virus 218 ölkə və bölgədə qeydə alınıb.
Son xəbərlər
14:42
Azərbaycanın futbol hakimlərinin təlim-məşq toplanışı Bakıda keçiriləcək
Futbol14:41
Foto
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
İnfrastruktur14:36
Foto
AQTA meyvə şirələri ilə bağlı nəzarət tədbirləri keçirilib, uyğunsuzluqlar aşkarlanıb
Sağlamlıq14:34
MÜTDA: 14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
Elm və təhsil14:34
Vilayət Eyvazov vətəndaş qəbulu işinə daha böyük həssaslıqla yanaşılmasını tələb edib
Daxili siyasət14:32
Bu ilin ilk 6 ayında bağlı qalmış 218 cinayət işi açılıb
Daxili siyasət14:31
Yanvar-iyun aylarında Azərbaycanda 15 420 cinayət qeydə alınıb
Daxili siyasət14:31
İlin ilk 6 ayında Azərbaycanda 288 kriminal qrup zərərsizləşdirilib
Hadisə14:25
Foto