Azərbaycanın futbol hakimlərinin təlim-məşq toplanışı Bakıda keçiriləcək

Futbol
  • 09 iyul, 2026
  • 14:42
Azərbaycanın futbol hakimlərinin təlim-məşq toplanışı Bakıda keçiriləcək

Azərbaycanın futbol hakimlərinin təlim-məşq toplanışı Bakıda təşkil olunacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AFFA-nın mətbuat xidmətindən bildirilib.

Ədalət təmsilçilərinin hazırlıq prosesi avqustun 1-5-i aralığında baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 14-də start götürəcək.