Bakıda Türkiyə-Azərbaycan Onkologiya Günləri keçiriləcək

Sağlamlıq
  • 09 sentyabr, 2015
  • 01:07
Bakıda Türkiyə-Azərbaycan Onkologiya Günləri keçiriləcək

Bakı. 9 sentyabr. REPORT.AZ/ Türk Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə sentyabrın 10-13-də Bakıda Birinci Türkiyə-Azərbaycan Onkologiya Günləri keçiriləcək. Bu barədə MOM-dan məlumat veriblər.

Yerli və türk mütəxəssislərin iştirakı ilə keçiriləcək konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə olunacaq.

44 - Tezliklə