Bakıda qəzaya düşən polis əməkdaşlarının vəziyyəti açıqlanıb
Sağlamlıq
- 26 may, 2022
- 06:31
Bakıda qəzaya düşən polis əməkdaşlarının vəziyyəti açıqlanıb.
"Report" xəbər verir ki, Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan yol qəzası nəticəsində xəsarət alan 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, 1 nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib: "Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti sabit qiymətləndirilir".
Son xəbərlər
21:17
Tümendən Bakıya uçan "UTair" təyyarəsi Ufada məcburi eniş edib
Digər ölkələr21:15
Yevlaxda avtomobillərin toqquşması iki nəfərin ölümünə səbəb olub
Hadisə21:12
Foto
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var
Hadisə21:02
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Hadisə20:46
Vüqar Rəhimzadə: Naxçıvanın yeni inkişaf salnaməsi yazılır
Daxili siyasət20:41
"Fənərbağça" Romelu Lukakunun transferini açıqlayıb
Futbol20:38
Azərbaycan və Tacikistan ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər
Xarici siyasət20:32
Azərbaycanla Çin arasında biznes əlaqələrinin perspektivləri müzakirə edilib
Biznes20:17