İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var - YENİLƏNİB

Hadisə
  • 12 avqust, 2026
  • 23:22
İsmayıllıda avtomobil yoldan çıxaraq aşıb, yaralılar var - YENİLƏNİB

İsmayıllı rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza zamanı Malik İsmayılov (66 yaş) və Lətafət Abdullayeva (75 yaş) xəsarət alıb.

Yaralılar İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıblar.

İsmayıllı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza rayonun Xanəgah kəndi ərazisində qeydə alınıb.

Belə ki, "KİA" markalı avtomobilin sürücüsü Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildəki Qəbələ rayon sakini olan iki nəfər ağır bədən xəsarəti ilə İsmayıllı rayon mərkəzi xəstəxanasına aparılıb. Hazırda fakt araşdırılır.