Bakıda pulsuz hepatit müayinələri keçiriləcək
Sağlamlıq
- 26 iyul, 2016
- 09:07
Bakı. 26 iyul. REPORT.AZ/ 28 iyul – Ümumdünya Hepatitlə Mübarizə Günü münasibəti ilə iyulun 28-30-da Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) həkim-hepatoloqun pulsuz konsultasiyası təşkil ediləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, RMDM-də üç gün davam edəcək müayinələrdə hər bir kəs iştirak edə bilər. Müayinələri xaricdə təhsil alan həkim-hepatoloq həyata keçirəcək.
Qeyd edək ki, qaraciyərin iltihabına gətirən ciddi virus xəstəliyi olan hepatit müasir dövrdə dünya əhalisi arasında geniş yayılıb. Bu xəstəliyin vaxtında aşkarlanması, diaqnostikası, profilaktik tədbirlərin və müalicəsinin aparılması ümumilikdə xəstəliyin müalicəsində böyük rol oyanır.
Son xəbərlər
12:57
Culfaya yeni icra başçısı təyin edilib
Daxili siyasət12:53
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Daxili siyasət12:53
Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub
Daxili siyasət12:51
Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH
Analitika12:50
Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub
Daxili siyasət12:35
Azərbaycanlı turistlərin xaricdəki xərcləri 12 %-ə yaxın azalıb
Turizm12:31
Foto
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Elm və təhsil12:27
Foto
Qədir Xəlilov: Dövlət Proqramına seçilən 500 nəfərdən 190-ı qadındır
Elm və təhsil12:26