Qədir Xəlilov: Dövlət Proqramına seçilən 500 nəfərdən 190-ı qadındır

Elm və təhsil
  • 04 avqust, 2026
  • 12:27
Qədir Xəlilov: Dövlət Proqramına seçilən 500 nəfərdən 190-ı qadındır

Dövlət Proqramına seçilən 500 nəfərin 190-ı qadındır.

"Report" xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov 2026/2027-ci tədris ili üzrə Dövlət Proqramının qalibləri ilə görüşdə deyib.

O bildirib ki, Dövlət Proqramının builki qalibləri arasında, 13 olimpiada qalibi və "Yüksəliş" müsabiqəsinin qalibləri var: "Bu, çox sevindirici haldır. Əsas gözlənti tələbələrin təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq qazandıqları bilik və təcrübəni ölkənin inkişafına yönəltmələridir".