Aparat rəhbəri: "Azərbaycanda həkimlərin sayı orta Avropa göstəricilərinə yaxındır"

Sağlamlıq
  • 21 dekabr, 2018
  • 08:49
Aparat rəhbəri: Azərbaycanda həkimlərin sayı orta Avropa göstəricilərinə yaxındır
Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva
Report/ Elchin Murad

Bakı. 21 dekabr. REPORT.AZ/ "Bu gün Azərbaycanda həkimlərin və reabilitasiya işçilərinin sayı orta Avropa göstəricilərinə yaxındır".

"Report" xəbər verir ki, bunu "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva deyib.

O bildirib ki, həkimlərin sayına görə şəhər və rayonlarda çox böyük qeyri-bərabərlik var: "Mənə elə gəlir ki, islahatlar aparıldıqca bu rəqəmlər də dəyişəcək".

O qeyd edib ki, artıq bir neçə ay əvvəl ölkə başçısı İlham Əliyevin təlimatı ilə əlilliyin qarşısının erkən alınması ilə bağlı milli fəaliyyət planı təsdiq olunub: "Planın əsas iştirakçısı Səhiyyə Nazirliyidir. Eyni zamanda planın icrasında digər dövlət qurumları da iştirak edir. Plana əsasən çoxsaylı tədbirlər həyata keçiriləcək".