Bu il Azərbaycanda 16 min 280 nəfəri heyvan dişləyib
Sağlamlıq
- 03 iyul, 2024
- 11:18
Bu il yanvar-may ayları ərzində Azərbaycanda 16 280 nəfəri heyvan dişləyib.
“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsini icra edən Aytəkin Qurbanova deyib.
Onun sözlərinə görə, həmin müddətdə qeydə alınan heyvan dişləmələrindən 8924-ü məlum, 7356-sı isə naməlum heyvan tərəfindən olub: “Ümumi rəqəmdən Bakının payına düşən say 3731 nəfər təşkil edib. Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 88 hadisə az olub”.
Mərkəz rəsmisi bildirib ki, bu il ölkə üzrə heç bir quduzluq hadisəsi qeydə alınmayıb: “Ötən il isə cəmi iki belə hadisə olub”.
Son xəbərlər
15:40
Yay Fest 2026-nın "Mühəndislik və Kod" düşərgəsi başa çatıb
Elm və təhsil15:18
Xalq artisti Şükufə Yusupovanın keçirdiyi ağıl yol qəzasının bəzi təfərrüatları məlum olub
Hadisə15:18
Rusiya Zaporojyeyə yeddi zərbə endirib, 3 nəfər ölüb
Digər ölkələr15:15
Rusiyanın Kiyev vilayətinə ballistik raket hücumu: iki nəfər ölüb - YENİLƏNİB-2
Digər ölkələr15:09
Xose Manuel Armada Zarko: "Sabahın Ulduzları" müxtəlif komandaları görmək üçün əlverişlidir"
Futbol15:00
Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib
Region14:50
Almaniya Ukraynaya əlavə 60 milyon avro ayıracaq
Digər ölkələr14:40
Foto
Tbilisidə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbir keçirilir
Region14:37
Foto