Avropa İttifaqı əlavə peyvənd sifariş verəcək
Sağlamlıq
- 09 aprel, 2021
- 17:01
Avropa İttifaqı COVID-19 virusunun mövcud və gələcəkdə yarana biləcək mutasiyalarından qorunmaq üçün daha 1,8 milyon doza təkmilləşdirilmiş peyvənd sifariş verəcək.
“Report” “Di Velt”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasındakı mənbələr bildirib.
Belə ki, Komissiya böyük dərman istehsalçılarından biri ilə peyvənd tədarükünə dair ilkin müqavilə imzalamaq niyyətini üzv ölkələrə bildirib. Uşaq və yeniyetmələr üçün də tətbiqi mümkün olan peyvəndin ilk partiyası cari ildə, qalan hissəsi qarşıdakı iki il ərzində tədarük olunmalıdır. Bu zaman Avropanın özündə istehsal olunan dərmanlara üstünlük veriləcək.
Dərman tədarükü üçün əvvəla “BioNTech”/“Pfizer” konsorsiumu ilə danışıqlar aparmaq nəzərdə tutulur.
Son xəbərlər
19:13
"Sabah" heyətini "Lill"in futbolçusu ilə gücləndirib
Futbol19:11
Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Daxili siyasət19:04
"Zirə" yeni futbolçu ilə anlaşıb
Futbol18:59
Foto
Ukraynalı uşaqların Azərbaycanın bölgələrinə ekskursiyası təşkil edilib
Sosial müdafiə18:54
DİN: 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edilib
Hadisə18:45
Video
"WUF13Azerbaijan": Jurnalistlərin işi Forumu daha geniş auditoriyalara yaxınlaşdırıb
Media18:36
Azərbaycan-ABŞ münasibətlərinin gələcəyi müzakirə olunub
Xarici siyasət18:33
Foto
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər
Biznes18:23
Video