YUNESKO-nun Baş Qərargahında Azərbaycanın milli rəqsi təqdim olunub – YENİLƏNİB

Xarici siyasət
  • 11 iyun, 2026
  • 18:23
YUNESKO-nun Baş Qərargahında Azərbaycanın milli rəqsi təqdim olunub – YENİLƏNİB

"İpək Yollarının İrsi, Səyahəti və Ənənələri: Mədəniyyətlərarası Dialoq Səyahəti" tədbiri çərçivəsində YUNESKO-nun Baş Qərargahında Azərbaycanın milli mədəni irsinin aspektləri nümayiş etdirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Təqdimatda Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyini vurğulayan ənənəvi rəqs ifası yer alıb", - məlumatda bildirilib.

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə YUNESKO-nun mənzil-qərargahında "İpək Yollarının İrsi, Səyahəti və Ənənələri: Mədəniyyətlərarası Dialoq Səyahəti" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev "İrsdən Təcrübəyə: Bu Gün İpək Yollarının Əlaqələndirilməsi" adlı yüksək səviyyəli panel sessiyası zamanı çıxış edib.

O, Azərbaycanın İpək Yolları boyunca tarixi rolunu və qarşılıqlı anlaşmanın təşviq edilməsində, eləcə də insanları bir-birinə yaxınlaşdırmaqda mədəni irsin, mədəniyyətlərarası dialoqun və əlaqələrin əhəmiyyətini vurğulayıb.

44 - Tezliklə