9 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
- 27 may, 2021
- 10:16
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 2021-ci il mayın 26-da qida məhsulları sahəsində fəaliyyət göstərən 23 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Bu barədə "Report"a Qida Təhlükəsizliyi Agentliyindən məlumat evrilib.
Bildirlib ki, qeyd edilən tarixdə 9 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi |
| 1 | Rəhimov Röyal Şəmil oğlu | ictimai iaşə | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 2 | Əsgərov Nəbi Məmməd oğlu | ictimai iaşə | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
| 3 | Məhərrəmov Pənah Misirxan oğlu | pərakəndə satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 4 | İlyasov Süleyman Məzahir oğlu | emal | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. |
| 5 | Umbatov Qurban Şakir oğlu | istehsal | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
| 6 | "AHIMSA" MMC | istehsal | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
| 7 | Nuriyev Rauf Asif oğlu | pərakəndə satış | Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
| 8 | Bayramov Abduləli Qurban oğlu | pərakəndə satış | Dövlət rüsumu haqqında Qanunun 18.67-1.2-ci maddəsi icra edilməmişdir. |
| 9 | Nəsirova Vəfa Tanirverdi qızı | ictimai iaşə | Sahibkar hal-hazırda fəaliyyət göstərmir. |
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.