61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
- 13 yanvar, 2021
- 13:40
 
                            
                            
                        “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinə əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
| S/S | Subyektin adı | Fəaliyyət istiqaməti | İmtina səbəbi | 
| 1 | Səfərova Ziyafət Müseyib qızı | İstehsal | Sahibkar fəaliyyətini dayandırmışdır. | 
| 2 | İsmayılov Vaqif Teymur oğlu | Topdan satış | Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. 
 | 
| 3 | İbadov Emil Nazim oğlu | İstehsal | 
 Sahibkar fəaliyyətini dayandırmışdır. 
 | 
| 4 | Vəliyev Dadaş Azadalı oğlu | İstehsal | 
 Sahibkar fəaliyyətini dayandırmışdır. 
 | 
| 5 | "ZİRVƏ BROYLER" Məhdud Məsuliyyətli Cəmiyyəti | İlkin istehsal | 
 Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil. 
 | 
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.
