Azərbaycanda 19 müəssisə ilə bağlı materiallar istintaq orqanlarına təqdim olunub

Sağlamlıq
  • 21 iyul, 2015
  • 10:35
Azərbaycanda 19 müəssisə ilə bağlı materiallar istintaq orqanlarına təqdim olunub

Bakı. 21 iyul. REPORT.AZ/ İyun ayında Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 113 müəssisənin sahibi inzibati qaydada cərimə olunub. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, keçən ay 17 obyektin istismarının dayandırılması, eləcə də 11 nəfərin işdən kənarlaşdırılması barədə qərar qəbul edilib: "Bundan başqa, 19 iş istintaq orqanlarına təhvil verilib. Həmçinin, keçən ay 303 yeyinti məhsulundan orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə nümunə götürülüb və onlardan birinin nəticəsi qeyri-kafi olub. Bakterioloji məhsullardan götürülən 278 nümunədən mənfi nəticə əldə edilməyib".

İ.Abdullayevin sözlərinə görə, şadlıq evlərindən 520 yaxma nümunəsi götürülüb ki, bunlarda da mikrobioloji çirklənmə aşkar olunmayıb.

44 - Tezliklə