Zelenski Rumıniya Prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Region
  • 29 mart, 2022
  • 13:37
Zelenski Rumıniya Prezidenti ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Rumıniya Prezidenti Klaus Yohannis və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti tviter səhifəsində yazıb.

“Prezident Zelenski ilə Ukraynadakı gərgin vəziyyəti müzakirə etdik. Biz Rumıniyaya gələn hər bir Ukrayna vətəndaşının qayğısına qalmaqda davam edirik”, - o yazıb.

Yohannis əlavə edib ki, Rumıniya və Aİ ölkələrindən göndərilən yardımla dolu 125 yük maşını, həmçinin təcili yardım və yanğınsöndürmə maşınları Rumıniya ərazisindən keçməklə Ukraynaya yola salınıb.

44 - Tezliklə