Zelenski işğaldan azad olunmuş İzyum şəhərinə səfər edib

Region
  • 14 sentyabr, 2022
  • 09:42
Zelenski işğaldan azad olunmuş İzyum şəhərinə səfər edib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Xarkov vilayətinin işğaldan yenicə azad olunmuş İzyum şəhərinə işgüzar səfərə gedib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, dövlət başçısını müdafiə nazirinin müavini Anna Malyar müşayiət edib.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri sentyabrın 11-də işğaldan azad edib. Şəhər aprelin 1-dən Rusiya qüvvələrinin nəzarəti altında idi.

44 - Tezliklə