Zaxarova: Yaxın günlərdə ABŞ nümayəndələri ilə təmaslar mümkündür

Region
  • 12 mart, 2025
  • 04:08
Zaxarova: Yaxın günlərdə ABŞ nümayəndələri ilə təmaslar mümkündür

Rusiya yaxın günlərdə ABŞ nümayəndələri ilə təmasların mümkünlüyünü istisna etmir.

“Report” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə təmasları istisna etmirik", - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib.

Bəyanat ABŞ Prezidenti Donald Trampın Rusiya və ABŞ-nin martın 11 və 12-də Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı görüşlər keçirəcəyi barədə sözlərindən sonra verilib.

44 - Tezliklə