Zaxarova: Rusiya nümayəndələrinin ABŞ danışıqçıları ilə görüşü bu gün keçiriləcək

Region
  • 13 mart, 2025
  • 13:21
Zaxarova: Rusiya nümayəndələrinin ABŞ danışıqçıları ilə görüşü bu gün keçiriləcək
Mariya Zaxarova

Rusiya nümayəndələrinin amerikalı danışıqçılarla görüşü bu gün keçiriləcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu RF Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Bu gün “Flightradar” xidmətinin məlumatlarına əsasən məlum olub ki, ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Stiven Uitkoffun təyyarəsi RF ilə sərhədi keçib.

Martın 12-də Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Uitkoff bu həftə Moskvaya gedərək Ukraynadakı münaqişənin həlli məsələsini müzakirə edəcək.