Yermek Koşerbayev Azərbaycana səfər edəcək
- 07 aprel, 2026
- 21:01
Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Azərbaycana rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) "Telegram" kanalında bildirilib.
Səfər ərəfəsində nazirlik ikitərəfli tərəfdaşlığın dinamikasına həsr olunmuş infoqrafik məlumat yayıb.
Qeyd olunub ki, 2025-ci ildə Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi 470 milyon dollar təşkil edib.
"Qazaxıstanda 1518 Azərbaycan şirkəti fəaliyyət göstərir, Azərbaycandan birbaşa xarici investisiyaların həcmi 220,1 milyon dollar təşkil edib (2013-cü ildən hazırkı dövrədək - red.)", - məlumatda bildirilib.
Qazaxıstan XİN tranzit-nəqliyyat sahəsinin inkişafını qeyd edib.
"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu yeni inkişaf təkanı alıb. Son 7 ildə daşımaların həcmi 5 dəfə - ildə 0,8 milyon tondan 4,5 milyon tonadək artıb. Potensial ildə 10 milyon tona qədər təşkil edir", - infoqrafik məlumatda qeyd olunub.