İrəvanda ticarətçilər hökumət binasının qarşısında yenidən aksiya keçirirlər

Region
  • 25 aprel, 2017
  • 07:48
İrəvanda ticarətçilər hökumət binasının qarşısında yenidən aksiya keçirirlər

Bakı. 25 aprel. REPORT.AZ/ İrəvandakı yarmarkaların ticarətçiləri yenidən Ermənistan hökumətinin binası qarşısına toplaşıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, satıcılardan ibarət 15 nəfərlik qrup bu gün hökumət təmsilçisi ilə görüşərək tələblərini təqdim edəcəklər.

Xatlırladaq ki, etirazçılar vergi müfəttişlərinin onları soyduqlarını və hədələdiklərini bildirərək əvvəlki qaydada işləmələrinə icazə verilməsini tələb edir. Onlar qeyd edirlər ki, vergi müfəttişləri satıcıları sıxışdırırlar, hər alıb-satdıqları mal barədə məlumat tələb edirlər. 

Qeyd edək ki, aprelin 21-də satıcılar eyni tələblə artıq bir dəfə aksiya keçiriblər.