Yerevanda polis və vətəndaşlar arasında yaşanmış qarşıdurma ilə əlaqədar bir nəfər saxlanılıb

Region
  • 20 iyul, 2016
  • 13:58
Yerevanda polis və vətəndaşlar arasında yaşanmış qarşıdurma ilə əlaqədar bir nəfər saxlanılıb

Bakı. 20 iyul. REPORT.AZ/ Yerevanda iyulun 19-da polis və vətəndaşlar arasında yaşanmış qarşıdurma ilə əlaqədar bir nəfər saxlanılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etdiyinə görə, Yerevan sakini, 1978-ci il təvəllüdlü A.Torosyan Cinayət Məcəlləsinin 316-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq saxlanılıb.

Qeyd edək ki, daha əvvəl qarşıdurmalar nəticəsində polis məmurlarının və mülki vətəndaşların xəsarət aldığı bildirilirdi. Qarşıdurma nümayişçilərin Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı qruplaşmaya dəstək verməsi nəticəsində yaşanıb.

44 filmi