Yerevanda etiraz aksiyası iştirakçıları baş prokurorun istefasını tələb edirlər

Region
  • 14 may, 2018
  • 08:10
Yerevanda etiraz aksiyası iştirakçıları baş prokurorun istefasını tələb edirlər
Sputnik-Армения

Bakı. 14 may. REPORT.AZ/ Ermənistanda bir qrup vətəndaş üzərində "Siyasi məhbuslara azadlıq" və "Sasna tsrer" yazılmış plakatlarla Baş Prokurorluq binası qarşısında etiraz aksiyasına çıxıb.

"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, nümayişçilərin əsas tələbi Ermənistanın baş prokuroru Artur Davtyanın istefa verməsidir.

Aksiyaya toplaşanlar "prokuror, get", "siyasi məhbuslara azadlıq" deyə qışqırırlar bə baş prokurorun reaksiyasını gözləyirlər.

Hələlik prokurorluğun heç bir nümayəndəsi aksiya iştirakçıları ilə görüşməyib.

44 filmi