Yens Stoltenberq: "NATO Ukraynanın demokratik yolla seçilmiş hökumətini dəstəkləyir"

Region
  • 04 mart, 2022
  • 10:47
Yens Stoltenberq: NATO Ukraynanın demokratik yolla seçilmiş hökumətini dəstəkləyir

"NATO Ukraynanı və onun demokratik yolla seçilmiş hökumətini dəstəkləyir".

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq üzv ölkələrin xarici işlər nazirlərinin növbədənkənar görüşündə bildirib.

Rusiyanı hərbi qüvvələrini Ukraynadan geri çəkməyə, diplomatik səylərə qoşulmağa çağıran NATO rəhbəri qarşıdurma istəmədiklərini, lakin Vaşinqton Sazişinin 5-ci maddəsinə uyğun olaraq “NATO məkanının hər qarışını” müdafiə edəcəklərini vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Avropa qitəsində sülhü darmadağın edərək İkinci Dünya müharibəsindən bu yana ən irimiqyaslı müharibəyə rəvac verdi.