Keçən il xarici dövlətlərdən siyasi sığınacaq istəyən ermənilərin sayı açıqlanıb

Region
  • 27 mart, 2015
  • 12:09
Keçən il xarici dövlətlərdən siyasi sığınacaq istəyən ermənilərin sayı açıqlanıb

Bakı. 27 mart. REPORT.AZ/ 2014-cü ildə 5 242 nəfər Ermənistan vətəndaşı inkişaf etmiş 44 xarici ölkədən siyasi sığınacaq istəyib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.

Məlumata görə, həmin ermənilərdən 220-nin sorğusu təmin edilib.

2013-2014-cü illərdə inkişaf etmiş dövlətlərdən siyasi sığınacaq istəyən Ermənistan vətəndaşlarının sayı 10 mindən çox olub. 

44 filmi