Xamenei ilə Qalibaf ABŞ-nin İrana qarşı yürütdüyü siyasəti müzakirə ediblər
- 21 oktyabr, 2026
- 20:19
Yeniliklərdən dərhal xəbərdar olun!
İranın Ali rəhbəri Müctəba Xamenei parlamentin sədri Məhəmməd Baqir Qalibafla görüşüb və ABŞ ilə İsrailin Tehrana qarşı yürütdüyü siyasəti müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə M. Xameneinin "X" sosial şəbəkə hesabında paylaşdığı bəyanatda qeyd olunub.
"Bu görüşdə Amerika ilə İsrailin hərbi, iqtisadi və koqnitiv müharibəsindəki son hadisələr araşdırılıb, ölkənin güc elementlərinin gücləndirilməsi, İslam Şurası Məclisi nümayəndələrinin sosial həmrəyliyin və milli birliyin qorunmasındakı effektiv rolu müzakirə edilib", - bəyanatda bildirilib.
دیدار رئیس مجلس شورای اسلامی با رهبر معظم انقلاب آقای دکتر @mb_ghalibaf رئیس مجلس شورای اسلامی با حضرت آیتالله سیدمجتبی حسینی خامنهای، رهبر معظم انقلاب اسلامی، دیدار و گفتوگو کرد. https://t.co/E4pYGXHTDt
— رهبر انقلاب اسلامی (@Rahbarenghelab_) October 21, 2026