Volodimir Zelenski müharibə başlayandan stresslə necə mübarizə apardığını açıqlayıb

Region
  • 07 iyul, 2023
  • 08:28
Volodimir Zelenski müharibə başlayandan stresslə necə mübarizə apardığını açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan stresslə necə mübarizə apardığını açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə xarici KİV-ə müsahibəsində danışıb.

Dövlət başçısı musiqi dinləməyi sevdiyini söyləyib: “Xüsusilə tək qalıb musiqi diləməyi sevirəm. Həmin anlar mənim üçün əhəmiyyətlidir. Adətən bu, səhərlər olur”.

V. Zelenski AC/DC rok qrupunu bəyəndiyini bildirib: “Bundan başqa, Ukraynanın milli mahnılarını da dinləyirəm. Çünki musiqidən zövq almaqla yanaşı, həm də sözləri başa düşürəm”.

Prezidentin sözlərinə görə, səhərlər AC/DC altında məşqlər edir: “Bu, mənə enerji verir”.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü V.Zelenski 2019-cu ildə Ukrayna Prezident seçilib. O, siyasətlə məşğul olmamışdan əvvəl aktyor kimi fəaliyyət göstərib, bir sıra filmlərə çəkilib və yumoristik şoular hazırlayıb.

44 - Tezliklə