Vladimir Putin ərzaq və enerji böhranına görə Qərbi ittiham edib

Region
  • 24 may, 2023
  • 07:10
Vladimir Putin ərzaq və enerji böhranına görə Qərbi ittiham edib

“ABŞ və digər Qərb dövlətləri dünyada baş verən enerji və ərzaq böhranlarına şərait yaradırlar”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, dünyada qeyri-sabitlik artır, yeni gərginlik ocaqları yaranır.

V.Putin Rusiyanın bütün dünyada müttəfiqlərinin olduğunu və əlaqələrinin daha da gücləndiyini xatırladıb.