Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
- 24 noyabr, 2026
- 23:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanda TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.
"Report"un xəbərinə görə, bu barədə xarici işlər nazirinin müavini Vaan Kostanyan ölkənin İctimai Televiziyasının efirində bildirib.
"Sünikdə ərazini dəmir yolunun tikintisinə başlamaq üçün hazırlayırıq. İlkin parametrlərimiz var", - o qeyd edib.
V.Kostanyanın sözlərinə görə, hökumət elektrik xətlərinin və yolların çəkilməsi imkanlarının ilkin qiymətləndirilməsini tapşırıb.
"Bu tədqiqatların nəticələrini yaxın aylarda alacağıq. Beləliklə, 2027-ci il genişmiqyaslı tikinti ili olacaq və biz əhəmiyyətli irəliləyişlər əldə edəcəyik", - nazir müavini deyib.
Onun sözlərinə görə, dəmir yolu marşrutu artıq müəyyən edilib. Hazırda Sünik bölgəsində hazırlıq və təmizlik işləri, eləcə də ilkin mühəndislik tədqiqatları aparılır. V.Kostanyan qeyd edib ki, bu, gələn il dəmir yolunun tikintisinə başlamağa imkan verəcək.