Valeri Gerasimov: "Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üzərində işləyir"

Region
  • 21 dekabr, 2023
  • 10:27
Valeri Gerasimov: Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üzərində işləyir

Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üzərində işləyir.

“Report” xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

O bildirib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, həmçinin Ermənistanla Azərbaycan arasında ziddiyyətlərin həlli üçün çalışır: “Rusiya hərbi kontingenti Qarabağda tapşırıqları yerinə yetirməyə davam edir. Lakin vəziyyət gərgin olaraq qalır. Buna baxmayaraq, sabitləşmə prosesində davamlı tendensiya var”.

44 filmi