"Vahid Rusiya" parlament seçkilərində 54,22% səs çoxluğu ilə qalib gəlir

Region
  • 19 sentyabr, 2016
  • 02:50
Vahid Rusiya parlament seçkilərində 54,22% səs çoxluğu ilə qalib gəlir

Bakı. 19 sentyabr. REPORT.AZ/ Hakim "Vahid Rusiya" partiyası Dövlət Dumasına keçirilən seçkilərdə 54,22% səs çoxluğu ilə qalib gəlir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

Hazırda səslərin 75%-i hesablanıb və sözügedən partiya 203 eynimandatlı dairədə liderlik edir.