Uşakov: Rusiya nümayəndə heyəti İstanbulda siyasi və texniki məsələləri müzakirə edəcək

Region
  • 14 may, 2025
  • 14:54
Uşakov: Rusiya nümayəndə heyəti İstanbulda siyasi və texniki məsələləri müzakirə edəcək

Rusiya nümayəndə heyəti İstanbulda Ukrayna ilə bağlı danışıqlarda çoxsaylı siyasi və texniki məsələləri müzakirə edəcək. Onun tərkibi bundan asılı olaraq müəyyən ediləcək.

"Report" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

"Nümayəndə heyəti siyasi və saysız-hesabsız texniki məsələləri müzakirə edəcək. Onun tərkibi bundan asılı olaraq müəyyən ediləcək", - o vurğulayıb.