Ukraynalılar həlak olan hərbçi ilə vidalaşıb

Region
  • 18 iyun, 2022
  • 12:58
Ukraynalılar həlak olan hərbçi ilə vidalaşıb

Ukrayna xalqı Xarkov istiqamətində qəhrəmancasına həlak olan hərbçi Roman Ratuşnıyla vidalaşıb.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, vida mərasimi bu gün paytaxt Kiyevin "Maydan" meydanında keçirilib.

Qeyd edək ki, "Protasov Yarın müdafiəsi" təşəbbüsü ictimai birliyinin rəhbəri Roman Ratuşnıy son illər Ukraynanın ictimai-siyasi həyatında fəallığı ilə də seçilib. O, müxtəlif vaxtlarda hakimiyyətin nöqsanlarını da tənqid edib.

Rusiya ilə müharibədə Ukrayna ordusunun 93-cü briqadasının hərbçisi kimi iştirak edən Roman Ratuşniy iyunun 9-da Xarkov istiqamətində həlak olub. Onun nəşini 1 həftə sonra Rusiya işğalında olan ərazidən çıxarmaq mümkün olub.

44 - Tezliklə