Ukraynada müharibədə 243 uşaq ölüb, 139-u itkin düşüb - YENİLƏNİB

Region
  • 01 iyun, 2022
  • 08:37
Ukraynada müharibədə 243 uşaq ölüb, 139-u itkin düşüb - YENİLƏNİB

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 1933 uşaq itkin düşüb.

"Report" xəbər verir ki, bunu Ukraynanın Milli Polis İdarəsinin rəisi İqor Klimenko bildirib.

O söyləyib ki, həmin uşaqlardan 1794-ü tapılaraq ailələrinə təhvil verilib. 139 uşaq isə hələ də axtarılır.

11:04

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 243 uşaq ölüb, 446 uşaq güllə və qəlpə yarası alıb.

"Report" xəbər verir ki, məlumatı Ukrayna Baş Prokurorluğu yayıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıblar.

Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 987 təhsil müəssisəsinə ziyan dəyib, 181-i isə tamamilə dağıdılıb.

Qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.