Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Hadisə
  • 11 noyabr, 2026
  • 23:42
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospekti, bina 20-də qeydə alınıb. Belə ki, həmin ünvanda 1987-ci il təvəllüdlü Tural Məmmədov və 1972-ci il təvəllüdlü İsgəndər Hacıyevin meyiti aşkarlanıb.

İlkin ehtimala görə, hər iki şəxs dəm qazından zəhərlənib.

Onların meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

44 filmi