Ukrayna XİN rəhbəri: Türkiyənin gələcək davamlı dəstəyinə ümid edirik

Region
  • 30 may, 2025
  • 13:44
Ukrayna XİN rəhbəri: Türkiyənin gələcək davamlı dəstəyinə ümid edirik

Ukrayna sülh üçün verdiyi davamlı dəstəyə görə Türkiyəyə minnətdardır və Ankaranın gələcək davamlı dəstəyinə ümid edir.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa Türkiyədən olan həmkarı Hakan Fidan ilə mayın 30-da Kiyevdə keçirdiyi brifinqdə bildirib.

"Həmkarım Hakan Moskvadan yeni qayıdıb və o, orada eşitdikləri və gördükləri barədə məni ətraflı məlumatlandırdı. Biz Ukrayna üçün sülhü yaxınlaşdıran bütün addımları müzakirə etdik" - deyə, o, əlavə edib.

44 filmi