Ukrayna ordusu Kupyansk şəhərini azad edib

Region
  • 10 sentyabr, 2022
  • 07:30
Ukrayna ordusu Kupyansk şəhərini azad edib

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini azad edib.

“Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətində 2 500 kvadrat kilometrə yaxın ərazini azad etdiyi barədə məlumat verilmişdi.