Ukrayna ordusu Baxmutda strateji yüksəklikləri ələ keçirib
- 16 iyun, 2023
- 08:59
Yeniliklərdən dərhal xəbərdar olun!
“Baxmutda strateji yüksəklikləri ələ keçirmişik və proses davam edir”.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri, həmçinin meşə zolaqlarını tutaraq ayrı-ayrı istiqamətlərdə hücumlar həyata keçirir.
A.Sırskinin sözlərinə görə, Rusiyanın hərbi rəhbərliyi ən hazırlıqlı bölmələrini məhz Baxmuta cəmləşdirib: “Aydındır ki, planlarımızda vaxtaşırı düzəlişlərə ehtiyac olur. Biz nə etdiyimizi, necə etdiyimizi bilirik”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Rusiya Prezidenti Vladimir Putin iyunun 9-da bildirib ki, Ukrayna əks-hücum əməliyyatlarına başlayıb.