Ukrayna iyunda Avropa İttifaqına namizədlik statusu ala bilər
Region
- 09 aprel, 2022
- 10:19
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin iyun ayında Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd ölkə statusu alacağı gözlənilir.
“Report” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişin tviter səhifəsində yazıb.
“Biz artıq bir çox hazırlıq işləri görmüşük. Ona görə də hərəkət etməyə hazırıq. İyunda namizəd statusu alacağımızı gözləyirik. Bu, bizim bərpamız və Rusiya hücumundan qalib çıxmağımızın təzahürü kimi qiymətləndirilməlidir”, - o bildirib.
Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Kiyevin sorğuya bir həftə ərzində cavab verəcəyini bildirmişdi. Anketin doldurulması üzvlüyə namizəd statusunun alınmasının prosedur mərhələlərindən biridir.
Son xəbərlər
20:22
"Bloomberg": Rusiya və Ukrayna Qara dənizdə atəşkəslə bağlı yeni danışıqlar aparacaq
Digər ölkələr20:19
Abdurrəhman Rüstəmov: "Azərbaycanın bayrağını daha yüksəklərə qaldırmaq istəyirik"
Fərdi20:15
Elvis Alam: Dominikan Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir
Digər ölkələr20:05
Suriya Türkiyədə "Hizbullah"la danışıqlar barədə xəbərləri təkzib edib
Digər ölkələr20:01
Foto
UEFA Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyunu başlayıb
Futbol19:44
Qəribabadi: ABŞ nüvə tərksilahına sadiq olmalıdır
Region19:31
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Xarici siyasət19:18
Foto
AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
Xarici siyasət19:04