UEFA Millətlər Liqası: Azərbaycan evdə Lixtenşteyn yığmasına qalib gələ bilməyib - YENİLƏNİB-3
- 01 oktyabr, 2026
- 21:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb - 0:0.
Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.
UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında qolsuz bərabərlik davam edir - 0:0.
Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.
Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.
UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçında komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.
Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.
Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.
UEFA Millətlər Liqasının Azərbaycan - Lixtenşteyn oyunu başlayıb.
"Report"un məlumatına görə, D Liqasının 2-ci qrupunun matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.