Ukrayna hərbçiləri Xerson vilayətində dəmiryol körpüsünə zərbə endirib

Region
  • 30 iyul, 2022
  • 12:53
Ukrayna hərbçiləri Xerson vilayətində dəmiryol körpüsünə zərbə endirib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Rusiyanın işğalı altında olan ərazisindəki daha bir körpüyə zərbə endiriblər.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Cənub Operativ Komandanlığı bildirib.

Məlumata görə, Ukrayna hərbçiləri Antonov körpüsünün yaxınlığındakı dəmiryol körpüsünə də zərbə endiriblər:

"İşğal olunan ərazilərdə əsas nəqliyyat marşrutlarına atəş nəzarətinin nəticələri göstərir ki, artıq Dnepr çayı üzərindən dəmiryol körpüsü ilə hərəkət etmək mümkün deyil”.

Qeyd edək ki, iyulun 27-də Ukrayna hərbi qüvvələri Xersonda Antonov körpüsünə növbəti zərbədən endirdikdən sonra bu yol bağlanıb.