Ukrayna Daxili İşlər Nazirliyinə gürcü rəhbərlik edə bilər
- 04 iyun, 2015
- 09:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 iyun. REPORT.AZ/ "Daxili İşlər Nazirliyində islahatlarla bağlı qanunlar qəbul edilməyə başlayıb. Həmin qanunlar güc strukturlarını siyasi qurumlardan ayırır. Bələdiyyə asayişçiləri və yeni polis sistemi yaranır. Mən yeni polis sisteminin başında Eka Zquladze kimi şəxsi görmək istəyirəm".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
Ukrayna prezidenti deyib ki, ölkəsinin polis sisteminə Ukraynanın daxili işlər nazirinin birinci müavini, Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Eka Zquladze kimi adam başçılıq etməlidir.
Xatırladaq ki, 2014-cü ilin dekabrında Ukrayna hökumətinin qərarı ilə Eka Zquladze daxili işlər nazirinin birinci müavini təyin edilib.
Ukraynanın indiki daxili işlər naziri erməni etnik qrupunun nümayəndəsi Arsen Avakovdur.