Ukraynanın Baş naziri istefaya göndərilib - YENİLƏNİB

Region
  • 16 iyul, 2025
  • 12:43
Ukraynanın Baş naziri istefaya göndərilib - YENİLƏNİB

Ukrayna Ali Radası Baş nazir Denis Şmıqalın istefasını təsdiqləyib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ali Radanın iyulun 16-da keçirilən iclasında bununla bağlı Prezident Volodimir Zelenskinin təqdimatı səsə qoyulub və qəbul edilib.

Qeyd edək ki, onun yerinə hazırkı iqtisadiyyat naziri Yuliya Sviridenkonun namizədliyi irəli sürülüb.

11:56

Ukrayna Ali Radasına Baş nazir Denis Şmıqalın istefası haqqında qərar layihəsi təqdim edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i Ali Radanın saytında qeydə alınmış qərara istinadən məlumat yayıb.

Medianın yazdığına görə, gözlənilir ki, Şmıqal hökuməti tərk etməyəcək. O, müdafiə naziri ola bilər, hazırkı nazir Rüstəm Umerov isə ABŞ-yə səfir təyin ediləcək.

Daha əvvəl bildirilmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.

44 - Tezliklə