Türkiyənin XİN başçısı: “Taxıl sazişi” ilə qlobal qida böhranının qarşısını aldıq”

Region
  • 30 sentyabr, 2022
  • 08:38
Türkiyənin XİN başçısı: “Taxıl sazişi” ilə qlobal qida böhranının qarşısını aldıq”

“İstanbuldakı “taxıl sazişi” ilə qlobal qida böhranının qarşısını aldıq”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, indi də BMT ilə birlikdə Rusiya gübrəsinin dünyaya çatdırılmasına çalışırlar: “Dünyadakı gübrə tədarükünün 70 faizini Rusiya ödəyir. Ona görə də bu, mühüm məsələdir”.

XİN başçısının sözlərinə görə, rəsmi Ankaranın BMT ilə ortaq işləri davam edir: “Belə durumda balanslı siyasət yeritmək asan deyil. Çünki təsirlər, təzyiqlər var”.

44 filmi