​Türkiyənin suriyalı qaçqınlara xərclədiyi pulun məbləği açıqlanıb

Region
  • 18 sentyabr, 2015
  • 09:52
​Türkiyənin suriyalı qaçqınlara xərclədiyi pulun məbləği açıqlanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Türkiyə Suriyadan ölkəmizə sığınan qaçqınlara 7,6 milyard dollar xərcləyib".  "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş bildirib.

O deyib ki, hazırda Türkiyədə 2,2 milyon suriyalı qaçqın var.

Ankarada keçirilən Suriya ilə bağlı əlaqələndirmə toplantısında nazir müavini qaçqınların Aralıq və Egey dənizlərindən qayıqlarla Avropa ölkələrinə keçməyə çalışdıqlarını da deyib: "Bu zaman çoxlu sayda insan həyatını itirir. Cair ilin əvvəlindən Türkiyə sahil mühafizə xidmətinin əməkdaşları 53 min 228 nəfəri xilas edib".