​Türkiyənin Şırnak vilayətində daha bir əsgər şəhid olub

Region
  • 04 avqust, 2015
  • 16:25
​Türkiyənin Şırnak vilayətində daha bir əsgər şəhid olub

Bakı. 4 avqust. REPORT.AZ/ PKK terrorçuları Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda 172-ci zirehli briqada komandanlığına hücum edib. Nəticədə 2 hərbçi yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, yaralılar helikopterlə Şırnak Hərbi Hospitalına qaldırılsa da, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

PKK terrorçuları hücumu həyata keçirdikdən sonra hadisə yerindən qaçıblar.